İqtisadiyyat

Dünya iqtisadiyyatının həcmi gələn il 100 trilyon dolları üstələyə bilər

2022-ci ildə Dünya İqtisadi istehsalının həcmi ilk dəfə olaraq 100 trilyon dolları aşa bilər, Reuters Britaniyanın CEBR konsaltinq şirkətinin hesabatına istinadən bildirib.

Şirkətin təhlilçilərinə görə, cari qiymətlər əsasında hesablanmış gələn ilin dünya ÜDM-i 100 trilyon dollardan artıq olacaq.

Reuters qeyd edir ki, bundan əvvəl Beynəlxalq Valyuta Fondu da 2022-ci ildə dünya iqtisadiyyatının $100 trilyon həddini aşacağını proqnozlaşdırmışdı.

CEBR-in yaxın gələcək üçün verdiyi iqtisadi proqnoza əsasən, Çin 2030-cu ildə ABŞ-ı ötərək dünyanın aparıcı iqtisadiyyatına çevriləcək.

2019-cu ildə World Economic League Table təşkilatı bu hadisənin 2028-ci ildə baş verəcəyini proqnozlaşdırmışdı.

CEBR hesab edir ki, dünya iqtisadiyyatlarının reytinq sıralamasında Hindistan 2022- ci ildə Fransanı, 2023-cü ildə Britaniyanı ötəcək, 2031-ci ildə isə dünyanın üçüncü böyük iqtisadiyyatına çevriləcək.

Brexit-ə baxmayaraq, Britaniya iqtisadiyyatı 2036-cı ildə Fransa iqtisadiyyatından 16 faiz böyük olacaq.

Bundan başqa, 2033-cü ildə ən iri iqtisadiyyatların siyahısında Almaniyanın Yaponiyanı ötəcəyi, 2036-cı ildə isə birinci onluğa Rusiyanın da daxil ola biləcəyi proqnozlaşdırılıb.(BBC)

Bənzər yazılar

Back to top button