Dünya

Ərdoğan əsas rəqibinə qarşı hücuma keçdi: Polis İstanbul meriyasında terrorçu axtarır

Türkiyənin Daxili İşlər Nazirliyi (DİN) İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) tabe olan şirkətlərə təyin olunan kadrlar arasında terrorçuların olduğu şübhəsi ilə təftişə başlayıb.

Bu barədə Türkiyə DİN-in “twıtter” səhifəsindən açıqlama yayılıb. Bildirilib ki, İBB-yə tabe olan şirkətlərdə 455-i Kürdüstan Fəhlə Partiyası (PKK) / Kürdüstan İcmalar Birliyi (KCK), 80-i İnqilabçı Xalq Azadlıq Partiyası-Cəbhəsi (DHKP-C), 20-si Marksist-Leninçi Kommunist Partiyası (MLKP), 2-si Marksist Kommunist Partiyası (MKP) olmaqla, həmçinin, bəzilərinin FETÖ və digər terror təşkilatlarına bağlı olduğu müəyyən edilərək DİN tərəfindən xüsusi yoxlama başlanılıb.

AzToday.az xəbər verir ki, Türkiyədə gərginləşən siyasi proseslər fonunda Ərdoğan hakimiyyətinə xalqın alternativ gördüyü İstanbul meri Əkrəm İmamoğluya qarşı repressiyaların başlanacağı gözlənilən idi.

Bənzər yazılar

Back to top button