İdman

“Bayer” ulduz futbolçusu ilə yollarını ayıracaq – Klub funksioneri açıqladı

“Bayer Leverkuzen”in baş direktoru Fernando Karro mövsümün sonunda önəmli oyunçulardan birinin klubdan ayrılacağını açıqlayıb.

Fanat.az xəbər verir ki, tanınmış insyader Fabritsio Romano klub funksionerinin dediklərini belə təqdim edib:

“Yeni transferlərə büdcə formalaşdırmaq üçün hər il bir ulduz oyunçu satmalıyıq. Ona görə də yəqin ki, yenə bir oyunçu satacağıq. Biz həmin satışdan əldə olunacaq gəlirlə daha iki və ya üç oyunçu ilə müqavilə imzalamağı planlaşdırırıq”.

Alman mediası top-klublara keçə bilən “Bayer” oyunçuları arasında müdafiəçi Ceremi Frimponq, yarımmüdafiəçi Florian Virts və forvard Viktor Bonifasenin adını hallandırır.

Bənzər yazılar

Back to top button