İdman

“Legiya” “Qarabağ”ın daha bir futbolçusunu istəyir

Millimizin üzvü Mahir Emrelinin çıxış etdiyi “Legiya” “Qarabağ”ın yarımmüdafiəçisi Patrik Andrade ilə maraqlanır.

Qol.az Polşa mətbuatına istinadən xəbər verir ki, Varşava təmsilçisi kabo-verdeli futbolçunu qış transfer pəncərəsi dövründə transfer etmək istəyir. Xəbərdə Ağdam təmsilçisinin 28 yaşlı oyunçu üçün yaxşı təklif gözlədiyi vurğulanıb.

Qeyd edək ki, Andrade 2020-ci ilin yayından “Qarabağ”da oynayır.

Xatırladaq ki, M.Emreli də bu ilin yayı məhz Ağdam təmsilçisindən ayrılaraq “Legiya”ya transfer olunub.

Bənzər yazılar

Back to top button