Dünya

Tailand kralından koronavirus qarşı tədbir: özünü 20 hərəmi ilə karantin altına aldı

Tailand kralı Maxa Vaçiralonqhorn (X Rama) 20 qadından ibarət hərəmi ilə birgə özünü Alp dağlarında yerləşən Bavyera qəsəbəsində lüks oteldə karantin altına alıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Almaniyanın Bild nəşri yazıb. Məlumata görə, 4 ulduzlu hotelin bağlanması üçün bölgə administrasiyasından xüsusi icazə alınıb. Kralın 4 arvadının isə onunla bərabər olub olmadığı bilinmir.

Bu vəziyyətin ortaya çıxmasının ardından minlərlə tailandlı etiraz edib.

Qeyd edək ki, Tailandda monarxiyaya qarşı çıxan və kralı tənqid edənləri 15 ilə qədər həbs cəzası gözləyir.

Bənzər yazılar

Back to top button