İqtisadiyyat

Nazirə bağlı olduğu deyilən şirkətə 2,1 milyon ödəniləcək

Ədliyyə Naziliyi “Bestcomp Group” Qapalı Səhmdar Cəmiyyəti (QSC) ilə maliyyə dəyəri 2.132.218,25 AZN təşkil edən satınalma müqaviləsi bağlayacaq.

“Qaynarinfo” xəbər verir ki, şirkət Ədliyyə Nazirliyinin struktur qurumlarının istismarında olan avtomatlaşdırılmış sistemlər, informasiya-kommunikasiya avadanlığı və şəbəkə infrastrukturununun saxlanılması və inkişafı, habelə ona texniki dəstəyin göstərilməsi xidmətlərinin satın alınması ilə bağlı keçirilən tendering qalibi olub.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reystr məlumatlarına görə, “Bestcomp Group” QSC 22 iyun 1998-c ildə dövlət qeydiyyatına alınıb.

Nizamnamə kapitalı 8 962 330 AZN-dir. Hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu, 8 Noyabr küçəsi, ev 25E-ə yerləşən şirkətin qanuni təmsilçisi Həsənov Fərid Rafiq oğludur.

Fərid Həsənovdan əvvəl şirkətin qanuni təmsilçisi Əsgərzadə Murad Arif oğlu olub.

Murad Əsgərzadə İbrahimov Zəka Kamal oğlunu əvəzləyib. Zəka İbrahimovdan əvvəl isə QSC-nin qanuni təmsilçisi Həsənov Elxan Kamal oğlu olub.

Bu şəxslər haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur.

Murad Əsgərzadənin Dövlət Gömrük Komitəsində çalışdığı barədə iddialar var.

“Bestcomp Group” MMC-nin adına fövqəladə hallar naziri Kəmaləddin Heydərovun biznesi barədə mediada dərc edilən araşdırma yazılarında rast gəlinir.

Bu iddia ilə bağlı qarşı tərəfin təkzibinə rast gəlinmir.

Bənzər yazılar

Back to top button