İdman

“Real”ın oyunçusunda koronavirus aşkarlandı – Karantin elan edildi

“Real” İdman Klubu karantin elan edib.

Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, buna basketbol komandasının bir üzvündə koronavirusun aşkarlanması səbəb olub. Karantin basketbol və futbol komandalarını əhatə edir. Futbol komandasının bu səhərki məşqi təxirə salınıb.

“Real”ın futbol və basketbol komandaları ənənəvi olaraq eyni yerdə – Valdebebas İdman Mərkəzində məşq edirlər. Ona görə də məhdudiyyət hər iki idman növünün təmsilçilərinə tətbiq olunub.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button