Siyasət

İrəvanda keçmiş Dağlıq Qarabağın müstəqilliyini tanımağa çağırırlar

Azərbaycan ordusunun keçmiş Dağlıq Qarabağ bölgəsində antiterror əməliyyatına başlaması barədə məlumatlar yayıldıqdan qısa müddət sonra İrəvanda Ermənistan hökumətinin binası önündə etirazlar başlayıb. Nümayişçilər Yerevanın mərkəzindəki Respublika meydanına aparan bütün marşrutları bağlayıblar.

Etirazçılar Ermənistan hakimiyyətindən nəzərə çarpan hərəkətlər etməyi, ilk növbədə Dağlıq Qarabağın müstəqilliyini tanımağı və Baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər. Etirazlar zamanı nümayişçilər və hüquq-mühafizə orqanlarının əməkdaşları arasında vaxtaşırı toqquşmalar olub, iştirakçılar Yüksək səslə “Nikol xaindir”şüarları səsləndiriblər.

Narazılıq baş nazir Paşinyanın Dağlıq Qarabağla bağlı siyasətindən narazılıqdan qaynaqlanır. Çoxları onun hərəkətlərinin bölgənin təcrid olunmasına və gərginliyin yeni artmasına səbəb olduğuna inanır.

Bənzər yazılar

Back to top button