GündəmManşetSiyasət

Yeni ildə Azərbaycan Avropa İttifaql ilə strateji tərəfdaşlıq haqqında saziş bağlamaq istəyir

Ötən cümə günü Moskvada Azərbaycan və Ermənistan mədəniyyət xadimlərinin görüşü keçirilib. Görüş Rusiya prezidentinin mədəniyyətlərarası əməkdaşlıq üzrə nümayəndəsi Mixail Şvıdkoyun vasitəçiliyilə təşkil edilib.

Görüşün təşkilatçıları onun məqsədləri və nəticələri barədə məlumat verməyilər. İştirakçıların özlərinə gəlincə, Azərbaycan tərəfi, ümumiyyətlə, bu barədə ictimaiyyətə heç bir məlumat verməyib.

Bu görüşdə Azərbaycanı təmsil edənlər kimliyi barədə erməni mənbələrindən məlum olub: Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Dillər Universitetinin rektoru Kamal Abdulla, kinotənqidçi Ayaz Salayev və Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova.

Ermənistan tərəfini Yerevan Tibb Universitetinin rektoru Armen Muradyan, Kukla Teatrının rəhbəri Ruben Babayan, Stanislavski adına Teatrın direktoru Marianna Mxitaryan və rejissor Arutyun Xaçatryan təmsil ediblər.

Erməni mənbələrin məlumatına görə, görüş iki saat yarım davam edib. Siyasi məsələlər müzakirə olunmayıb. Tərəflər 44 günlük müharibədən sonra yaranan humanitar problemlərdən danışıblar.

Əsasən erməni tərəfi bəyan edib ki, münasibətləri normallaşdırmaq üçün əsirləri qaytarmaq lazımdır. Azərbaycan tərəfi minalanmış sahələrin xəritələri barədə məsələ qaldırıb.

Bütün bu məlumatlardan belə qənaətə gəlmək olar ki, bu görüş heç bir əhəmiyyətli nəticə verməyib. Hər iki tərəf iki ölkə siyasətçilərinin söylədiklərini təkrarlayıblar.

Görüş iştirakçıları iki ölkə ziyalılarının həll etməli olduqları məsələləri – bundan sonra necə yaşamalı, münasibətləri necə qurmalı – qaldırmayıblar.

Etiraf etmək lazımdır ki, bu, konseptual məsələlərdir. Müzakirələrdə vətəndaş cəmiyyətinin nümayəndələri və sülh niyyətlilər iştirak etməlidirlər. Ancaq müharibə bitdikdən sonra belə bir şey baş verməyib. (Turan)

Bənzər yazılar

Back to top button