Siyasət

Ermənistan girovların dəyişdirilməsindən yenə boyun qaçırır

Ermənistan tərəfi Azərbaycanın əsirlərin “hamının hamıya” prinsipi əsasında mübadiləsinə əməl etməkdən yenidən boyun qaçırıb.

AzToday.az “Report”a istinadən xəbər verir ki, bu, Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan məsələni şərh edərəkən məlum olub.

O, əvvəlki kimi yenə erməni girovluğunda saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevin qəsddən adam öldürmələrini bəhanə gətirərək onların azad olunmasından imtina etdiklərini vurğulayıb.

Qeyd edək ki, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Yerevanın girov saxladığı azərbaycanlıların “hamının hamıya” prinsipi ilə dəyişdirlməsinə rəsmi Bakınıın hazır olduğunu bildirib.

Bənzər yazılar

Back to top button