Cəmiyyət

21-ci ilin 20 adı

Ədliyyə Nazirliyinin təqdim etdiyi statistikaya görə, Azərbaycanda 2021-ci ilin ən populyar qız adı Zəhradır: ölkədə doğulmuş 1625 uşağa bu ad qoyulub.

Zeynəb adı (1275 uşaq) ikinci, Məryəm adı (1217) üçüncü yerdə göstərilir.

Novator.az bildirir ki, populyar adların onluğunda Fatimə (1160), Aylin (1154), Mələk (1105), Nilay (987), Nuray (927), İnci (813), Mədinə (750) adları da var.

Oğlan adları içində Əli birincidir: 2021-ci ildə bu ad 1624 uşağa verilib.

Qalan populyar adlar belə sıralanır:

Yusif – 1548 uşaq

Hüseyn – 1505

Uğur – 1486

Məhəmməd – 1098

Ömər – 980

Murad – 868

Raul – 741

Tunar – 705

Ayxan – 696.

Bənzər yazılar

Back to top button