İdman

Laportadan Messi açıqlaması

“Barselona”nın prezidenti Joan Laporta kapitan Lionel Messi ilə yeni müqavilə imzalanıb-imzalanmayacağı ilə bağlı nsualları növbəti dəfə cavablandırıb.

Qol.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, o deyib:

“Messi ilə əlaqə saxlayırıq, hər şey qaydasındadır. Klubun maliyyə vəziyyəti az-çox aydındır. Dəyərləndirmə bitdikdən sonra daha çox məlumata sahib olacağıq, amma hər şey artıq planlaşdırılıb. Əminəm ki, Messi Aguero ilə oynamaq istəyər. Söhbət puldan getmir, Messi bunu çox yaxşı başa düşür. O, rəqabətçi bir komanda görmək, kuboklar əldə etmək, Çempionlar Liqasını qazanmaq istəyir. Həyata keçirdiyimiz işlər arasında Messi ilə danışıqlar da var. Buna çox dəyər veririk”.

Qeyd edək ki, Messinin sözləşməsi bu yay başa çatır.

Bənzər yazılar

Back to top button