Dünya

“Starosta” Bastrıkin: Qərbin təsiri altında rus gəncləri milli kimliklərini itirir

Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin bir çox xarici filmlərdə güclünün hüququ, eqoizm, zorakılıq və “guya yaxşılıq naminə törədilən qətllər” kimi məqamların yer aldığını bildirib. Bastrıkin belə filmləri bəzi Qərb qurumlarının Rusiyaya qarşı hibrid müharibəsinin bir hissəsi hesab edir: “Qərb ölkələri rəqəmsal texnologiyalardan, mediadan, populyar internet xidmətlərindən istifadə edərək Rusiyanı beynəlxalq aləmdə nüfuzdan salır və eyni zamanda daxildən zərbə endirirlər. Nəticədə Qərbin təsiri altında rus gəncləri öz milli kimliklərini itirirlər”.

İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin bu fikirləri sovet represiya aparatının məşhur ittihamlarının təkrarıdır. Rusiya ictimai-siyasi xadimlərinin kütbeyn şəxs kimi xarakterizə etdikləri Aleksandr Bastrıkin prezident Vladimir Putinin tələbə yoldaşı və qrup nümayəndəsi olmaqdan başqa heç bir xüsusi məziyəti ilə fərqlənmsə də, İstintaq Komitəsinin sədridir.

Rusiya hakimiyyət dairələrində “starosta” ləqəbi daşıyan Aleksandr Bastrıkin Putin prezident olduqdan sonra ucqar əyalətin polis idarəsinin rəisi vəzifəsindən birbaşa Baş prokurorun müavini vəzifəsinə təyin olunub. Daha sonra isə Baş prokurorluğa alternativ olaraq yaradılan və böyük səlahiyətlərə malik İstintaq Komitəsinin sədri təyin olunub.

İkinci Qarabağ Müharibəsindən sonra Rusiya Azərbaycan ictimai rəyində reabilitasiya edilir. Bu ölkəmizin yenidən Bastrıkin kimi kütbeynlərin hakim olduğu dövlətin müstəmləkəsinə sürüklənməsinə səbəb ola bilər.

Xaqani Cəfərli, politoloq

Bənzər yazılar

Back to top button