Dünya

Türkiyədə son seçki sorğusunun nəticələri açıqlandı – Kim öndədir?

“Gezici” Araşdırma və İnkişaf Şirkətinin keçirdiyi rəy sorğusuna görə, Türkiyədə bu il mayın 14-də keçiriləcək prezident seçkilərində Millət Alyansının namizədi Kamal Kılıçdaroğlu öndədir.

Yeniavaz.com xəbər verir ki, şirkətin yaydığı məlumata görə, sorğu 1-2 aprel 2023-cü il tarixləri aralığında
Türkiyə daxilində 2864 nəfərlə üz-üzə müsahibə üsulu ilə aparılıb.

“Sözcü” qəzetinin yaydığı məlumata görə, nəticələr hesablanarkən kimə səs verəcəyinə qərar verə bilməyənlər nəzərə alınmayıb.

Sorğuda iştirak edənlərin 53,4 faizi Kamal Kılıçdaroğluna səs verəcəklərini bildiriblər.
43,2 faiz Rəcəb Tayyib Ərdoğana, 2,1 faiz Muharrem İncəyə, 1,3 faizi isə Sinan Oğana səs verəcəyini bəyan edib.

Sorğuda iştirak edənlərin 55,2 faizi seçki növbəti tura qalacağı təqdirdə Kılıçdaroğluna səs verəcəklərini bildirib. Yerdə qalan 44,8 faiz isə “Ərdoğan” deyib.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button