İqtisadiyyat

Elman Rüstəmov xəsisləşib? – Mərkəzi Bankdan ilginc 3 tender

Mərkəzi Bank hər il “Ev təsərrüfatlarının maliyyə davranışı və niyyətləri” adlı sorğu keçirir.

AzToday.az xəbər verir ki, son 3 ildə sorğunun keçirilməsi üçün elan edilən tenderin qalibi “Principal” MMC adlı eyni şirkət olur. Daha maraqlı fakt odur ki, eyni adlı, eyni iş həcmli olan sorğuya Mərkəzi Bank 2020-cu ildə 90 min, 2021-ci ildə 76 min 500 manat, 2022-ci il üçün isə dekabrın 16-da yekun vurulan tenderin qiyməti 74 min 900 manat olub.

İqtisadçı Natiq Cəfərli bu barədə yazaraq hər şeyin bahalaşdığı indiki dövrdə eyni xidmətin qiymətinin ucuzlaşmasına təəccübünü ifadə edib:

“Belə çıxır ki, ya Mərkəzi Bank xəsisləşib, ya da şirkət insafa gəlib, daha az qiymət qoyur, bunu başqa necə izah etmək olar?! İş eyni, həcm eyni, udan şirkət eyni, amma əvvəl 90 min, indi 74 min 900 manat ödənilib, hər şeyin bahalaşdığı indiki dövrdə eyni xidmətin qiyməti 2 ilə 15 min 100 manat aşağı düşüb – ucuzlaşmağı yaxşıdır e, amma bəs əvvəl niyə baha idi və nədən həmişə eyni şirkət qalib olur?!”

Bənzər yazılar

Back to top button