İdman

UEFA-dan Kadi Borgesin də qolunun yer aldığı paylaşım

Konfrans Liqasının rəsmi “Tvitter” səhifəsi “Qarabağ”ın futbolçusu Kadi Borgeslə bağlı paylaşım edib.

Qol.az xəbər verir ki, paylaşımda onun Konfrans Liqasının qrup mərhələsinin 2-ci turunda Kiprdə “Omoniya”nı 4:1 hesabı ilə məğlub etdiyi matçın 52-ci dəqiqəsində vurduğu baxımlı qolun videosu yerləşdirilib.

Amal Pelleqrino (“Büde Qlimt”), Yordi Klasi (“Az Alkmaar”), Peter Mihorlun (LASK) fərqləndiyi epizodlarının da yer aldığı paylaşımda izləyicilərə bu sual ünvanlanıb “Uzaq məsafədən vurulmuş hansı qol daha yaxşıdır?”

Qeyd edək ki, K Borgesin sözügedən qolu Konfrans Liqasında qrup mərhələsinin ən yaxşısı seçilib.

Bənzər yazılar

Back to top button