Dünya

Rusiya İrana onlarla Su-35S qırıcısı satmağa hazırlaşır

Rusiya İrana 24 ədəd Su-35S qırıcısı satmağa hazırlaşır. Bu barədə informasiya “19FortyFive” adlı Amerika internet-nəşrində yer alıb. Bildirilir ki, 4++ nəsil qırıcıların İslam Respublikasına təchizatı gələn il başlayacaq. Müvafiq razılaşmanın Rusiya prezidenti Vladimir Putinin İrana səfəri zamanı imzalanacağı gözlənilir.

Gələcəkdə İrana daha 12 ədəd belə qırıcının satılması nəzərdə tutulur ki, bununla da köhnəlmiş döyüş maşınlarından istifadə edən İran Hərbi Hava Qüvvələri öz arsenalını xeyli gücləndirə biləcək. Xəbərdə deyilir ki, Su-35 çox yüksək döyüş xarakteristikasına malikdir və İsrailin, habelə Səudiyyə Ərəbistanının hərbi hava qüvvələrinə ciddi problem yarada bilər.

Belə xəbərlər də var ki, İran Rusiyadan “S-400 Triumf” zenit-raket komplekslərinin bir polk komplektini əldə etmək istəyir. Bu isə İrana İsrailin mümkün hava zərbələrindən qorunmaq üçün daha geniş imkanlar açardı.

İran Hərbi Hava Qüvvələrinin silahlanmasında əsasən şahın dövründə ABŞ-dan alınmış döyüş təyyarələri yer alır və onların istismar müddəti çoxdan bitib.(virtualaz.org)

Bənzər yazılar

Back to top button