Digər

Bakının mərkəzində partlayış: Yaralananlar var (FOTO)

Bakıda qaz sızmasından partlayış olub.

APA-nın məlumatına görə, hadisə Səbail rayonunda, “Alov qüllələri” hotelinin qarşısında qeydə alınıb.

Orada yerləşən sütunun içindən keçən qaz xəttində partlayış olub, nəticədə 2 nəfər xəsarət alıb.

Xəsarət alanlar təcili yardım briqadası tərəfindən xəstəxanaya aparılıb. Hadisə zamanı bir neçə avtomobilə də ciddi ziyan dəyib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Bənzər yazılar

Back to top button