İdman

“Barselona” Messiyə müqavilə təklif etdi

“Barselona” PSJ-nin futbolçusu Lionel Messiyə 1 illik müqavilə təklif edib.

Qol.az xəbər verir ki, bu barədə “Diario Sport” məlumat yayıb. Argentinalı hücumçu müqaviləni qəbul edəcəyi təqdirdə, ilinə 25 milyon avro qazanacaq. Kataloniya təmsilçisi 35 yaşlı oyunçunun təklifə müsbət cavab verəcəyinə inanır.

Qeyd edək ki, Messinin Paris təmsilçisi ilə müqaviləsi yayda başa çatır. O, 2004-2021-ci illərdə “Barselona”nın əsas komandasında oynayıb.

Bənzər yazılar

Back to top button