CəmiyyətHadisə

DİQQƏT! Aeroport yolunun hərəkət hissəsi daraldıldı (VİDEO)

Hava limanı ilə paytaxtı birləşdirən yolun bir hissəsi təmirə bağlanıb.

AzToday.az “Real TV”yə istinadən xəbər verir ki, təmir-tikinti işləri Sabunçu körpüsündən Koroğlu körpüsünə qədər olan 2,2 kilometr məsafəni əhatə edir. Paytaxtdan hava limanı istiqamətində və geriyə nəqliyyat axını çox olduğundan eni 28 metr olan yol hissə-hissə təmir olunur.

Amma bütün hallarda bu, Bakı kəndlərindən və Bakıətrafı qəsəbələrdən gələn sürücülərə narahatlıq yaradır. Onlar dəqiqələrlə tıxacda qalmalı olurlar. İş icraçıları bildirdi ki, artıq yolun bir hissəsinin asfalt örtüyü yenilənib. Qalan yarısı isə hava şəraiti yağışlı-çiskinli keçməsə yaxın günlərdə yekunlaşacaq.

Onu da qeyd edək ki, hava limanı ilə paytaxtı birləşdirən magistral yol təkcə asfalt örtüyünün dəyişdirilməsi ilə əlaqədar deyil. Burada həm də Olimpiya stadionun qarşısında tikilən tunellə bağlı yolun hərəkət hissələrində daralmalar var. Tunelin inşası artıq yekunlaşmaq üzrədir.

Xatırladaq ki, ümumi uzunluğu 655 metr, qapalı hissəsinin uzunluğu isə 125 metr təşkil edən tunel 2 hərəkət zolağından ibarət olacaq. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirdilər ki, Tunelin istifadəyə verilməsindən sonra avtomobillər Ziya Bünyadov prospektindən Olimpiya kəndi istiqamətinə və ordan da Bakı Olimpiya Stadionu arxasında yerləşən yoldan və tuneldən istifadə etməklə hava limanı istiqamətinə hərəkət edəcəklər. Bu isə sıxlığın azalmasına gətirib çıxaracaq.

Bənzər yazılar

Back to top button