Hadisə

Flame Towers qarşısında baş vermiş partlayış haqqında söz-söhbət daha çox səs-küy yaradıb

Dekabrın 30-da səhər paytaxtın dağlıq hissəsində yerləşən Flame Towers kompleksinin qüllələrindən birinin qarşısında partlayış baş verib.

Bu fakt xüsusi diqqətə və narahatlığa səbəb olub, çünki Milli Məclis, Dövlət Təhlükəsizlik Xidməti, Müdafiə Nazirliyi və AzTV Dövlət Teleradio Şirkəti qüllələrin bilavasitə yaxınlığında yerləşir.

Sonradan “Azəriqaz” və icra hakimiyyəti partlayışın təmir işləri zamanı qaz sızması nəticəsində baş verdiyi barədə açıqlama verib. Partlayış zamanı Bakı şəhər İcra Hakimiyyətinin iki əməkdaşı xəsarət alıb.

Partlayış obyektinə gəlincə, bu, kompleks qarşısındakı 8 metrlik qüllələrdən biridir. Onun zirvəsindəki məşəldə alov yanır.

Maraqlıdır ki, üç Flame Towers göydələninin açılışından etibarən (10 ilə yaxındır) onun qarşısındakı piyada yollar metal hasarlarla əhatə olunub. İnsanlar yolun hərəkət hissəsindən keçmək məcburiyyətində qalırlar. Belə bir təəssürat yaranır ki, bu binalara yaxınlaşmaq ölüm təhlükəsi daşıyır. Bugünki partlayış bu ehtimalların doğru olduğunu göstərib. İndi yolun hərəkət hissəsinin də bağlanacağını ehtimal etmək olar.(Turan)

Bənzər yazılar

Back to top button