GündəmManşetSiyasət

Bayramov və Lavrov kommunikasiyaların açılması və sərhədlərin delimitasiyası məsələlərini müzakirə ediblər

Dekabrın 30-da Rusiya və Azərbaycan Xarici İşlər nazirlərinin arasında telefon danışığı olub. Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Sergey Lavrov və Ceyhun Bayramov ötən ilə yekun vurub və Rusiya-Azərbaycan strateji tərəfdaşlığının bütün istiqamətlərdə uğurla inkişaf etdiyini təsdiqləyiblər.

Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 2020-ci il 9 noyabr, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli sazişlərinin icrası ilə bağlı fikir mübadiləsi aparılıb.

Tərəflər əldə olunmuş razılaşmaların tezliklə və tam şəkildə həyata keçirilməsi, o cümlədən regionda iqtisadi və nəqliyyat əlaqələrinin blokunun açılması və Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası mexanizmlərinin işə salınması barədə razılığa gəliblər.

Öz növbəsində Azərbaycan Xarici İşlər Nazirliyi qeyd edir ki, söhbət zamanı tərəflər 3+3 Formatında məsləhətləşmələr mexanizminə, eləcə də Azərbaycan və Ermənistan ictimaiyyəti nümayəndələrinin Moskvada keçirilən görüşünə toxunublar.

Bənzər yazılar

Back to top button