Cəmiyyət

“Formula-1” ilə bağlı icazə sənədi üçün müraciətin müddəti bu gün başa çatıb

“2018 Formula-1” Azərbaycan Qran-prisi ərəfəsində nəqliyyatın hərəkətinin qadağan olunduğu ərazilərdə yaşayan sakinlərə, kirayənişinlərə və işgüzar fəaliyyətlə məşğul olanlara bütün zonalara girişlə bağlı icazə sənədi üçün müraciət bu gün başa çatıb

“APA-Economics”in məlumatına görə, icazə sənədi yalnız “2018 Formula-1” Azərbaycan Qran-prisi ərəfəsində yol məhdudiyyəti təqdim edilən müddət (23 aprel – 1 may) üçün etibarlıdır.

Qeyd edək ki, “2018 Formula-1” Azərbaycan Qran-prisi ərəfəsində nəqliyyatın hərəkətinin qadağan olunduğu ərazilər 3 zonaya ayrılıb. Birinci zonaya trekin əhatə etdiyi İçərişəhər, ikinci zonaya Azadlıq meydanı və onun yaxınlığında yerləşən digər ərazilər, üçüncü zona isə BMT-nin 50 illiyi küçəsini əhatə edir.

Xatırladaq ki, bu ərazilərdə yaşayan sakinlər, kirayənişinlər və işgüzar fəaliyyətlə məşğul olanlar bütün zonalara giriş üçün icazə sənədini aprelin 12-dən 23-dək

– İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Böyük Qala küçəsi 42/19, Zəncirli ev 2 mərtəbədən,

– 4 saylı Mənzil Kommunal İstismar Sahəsi, Xəqani küçəsi 26/32, 5-ci blok 2-ci mərtəbədən,

– 58 saylı Mənzil Kommunal İstismar Sahəsi, İstiqlaliyyət küçəsi 5 ünvanlarından əldə etməli idi.

Qeyd edək ki, 1 və 2-ci zonalarda nəqliyyatın hərəkətinə gecə vaxtı 00:00-dan 06:00-dək icazə veriləcək.

1-ci zonaya giriş Azneft dairəsi, 2-ci zonaya Rəşid Behbudov küçəsi, 3-cü zonaya isə giriş Lermontov küçəsi (Şəlalələr parkı) tərəfdən olacaq.

3-cü zonada isə nəqliyyatın hərəkətinə gün ərzində giriş imkanı olacaq və icazə sənədi olan avtomobillər günün istənilən saatı bu zonaya daxil ola biləcəklər.

Qeyd edək ki, Bakıda üçüncü dəfə təşkil olunacaq “2018 Formula-1” Azərbaycan Qran-prisi aprelin 27-29-da baş tutacaq.

Bənzər yazılar

Back to top button