Sağlamlıq

DST rəhbəri: Peyvənd bərabərsizliyinə son qoymaq mümkün olsa, pandemiya 2022-ci ildə bitəcək

Dünya Səhiyyə Təşkilatının (DST) rəhbəri Tedros Adhanom Ghebreyesus bildirib ki, 2022-ci il koronavirus pandemiyasının sonuncu ili ola bilər, lakin yalnız bir şərtlə ki, dünya ölkələri vaksinlərin bölüşdürülməsində ədalətsizliyi və bərabərsizliyi aradan qaldıra bilsin.

Yeni il müraciətində Ghebreyesus Covid-19-un yeni variant olan Omicron-un ortaya çıxmasına “dar millətçilik və bəzi ölkələr tərəfindən həddindən artıq vaksin ehtiyatlarının yaradılmasının” səbəb olduğunu qeyd edib.

DST dünyanın zəngin dövlətlərini dəfələrlə tənqid edərək bildirib ki, bir çox regionlarda əhalinin böyük hissəsi peyvəndin ilk dozasını hələ də almadığı halda, zəngin ölkələr öz vətəndaşlarına üçüncü buster peyvənd vurulmasını təklif edir.

DST başçısının sözlərinə görə, bu cür yanaşma “Omicron-un ortaya çıxması üçün ideal şərait yaradıb.”

Bənzər yazılar

Back to top button