GündəmİqtisadiyyatManşet

Azərbaycanda un kəskin bahalaşdı – Yeni qiymətlər

Azərbaycanda unun qiyməti kəskin artıb.

AzToday.az xəbər verir ki, unun bahalaşmasının səbəbləri dünya bazarında qiymətlərin kəskin artması ilə izah olunur. Xüsusi ilə Azərbaycana əsas buğda ixracatcısı olan Rusiyada taxılın qiymətinin artması unun bahalaşmasını şərtləndirib.

Artıq topdansatış mərkəzlərində 50 kq-lıq “Karmen” ununun qiyməti 36 manata (əvvəl 26 manata satılırdı – red), “Faduoğlu” 38(28), “Sünbül” unu 39(29) manata satılır.

Unun bahalaşması çörəyin qiymətinə də təsir edib. Hətta bir sıra mağazalarda 40 qəpiklik çörək 60 qəpikdən satılır. Hakimiyyət rəsmiləri unun bahalaşması fonunda davam edən ajiotaja hələlik reaksiya verməyiblər.

Orxan Məmmədli

AzToday.az

Bənzər yazılar

Back to top button