Dünya

Pakistan Hindistanın Baş nazirini ölkənin hava məkanına buraxmadı

Pakistan Hindistanın Baş naziri Narendra Modiyə ölkənin hava məkanından istifadəyə icazə verməyib.

Qaynarinfo xəbər verir ki, bununla bağlı Pakistanın XİN başçısı Şah Mahmud Qureyşi açıqlama verib. O, Səudiyyə Ərəbistanına səfər etmək istəyən N.Modiyə icazə verilmədiyini bildirib və qərara səbəb kimi Kəşmirdə insan haqlarının Hindistan tərəfindən pozulmasını əsas gətirib.

Beynəlxalq Mülki Aviasiya Təşkilatının qaydalarına görə, Pakistan Modinin səyahətinə icazə verməli idi. Əgər məsələ ilə bağlı şikayət edilsə, Pakistan pul cəzası ödəməli olacaq.

Qeyd edək ki, Pakistan ötən ay da eyni addımı atmışdı.

Bənzər yazılar

Back to top button