Dünya

Qazaxıstanda etiraz aksiyaları toqquşmalarla nəticələnib, ölkə rəhbəri xalqa müraciət edib

Qazaxıtanın Almatı şəhərində qazın qiymətinin iki dəfə artırılmasına qarşı keçirilən etiraz aksiyaları toqquşmalarla nəticələnib.

“Report” xəbər verir ki, şəhərin mərkəzi meydanında etirazçılarla polis arasında toqquşmalar yaranaıb, aksiya iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə edilib. Bir neçə etirazçının saxlanıldığı bildirilir.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev qazın qiymətinin iki dəfə artması fonunda ölkənin müxtəlif şəhərlərində icazəsiz aksiyaların keçirilməsi ilə bağlı xalqa müraciət edib. Dövlət başçısı sakinləri tədbirli olmağa, daxili və xarici təxribatlara uymamağa çağırıb.

Bu arada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev hökumətin istefaya göndərilməsi ilə bağlı haqqında fərman imzalayıb və baş nazirin birinci müavini Əlixan Smailov baş nazir təyin edilib.

“Qazaxıstan Respublikası hökumətinin istefası qəbul edilsin. Qazaxıstan Respublikasının Baş nazirinin vəzifələri müvəqqəti olaraq Smaylov Əlixan Asxanoviçə həvalə edilsin”, – deyə sərəncamda qeyd edilib.

Sənəddə hökumət üzvlərinə Nazirlər Kabinetinin yeni tərkibi təsdiq olunana qədər öz vəzifələrini yerinə yetirməkdə davam etmək tapşırılıb.

2019-cu il fevralın 25-dən Qazaxıstan hökumətinə Əsgər Mamin rəhbərlik edirdi.

Həmçinin prezidentin mətbuat xidmətinin “Twitter” səhifəsində yayılan məlumata görə, Tokayev administrasiyası rəhbərinin müavini vəzifəsində çalışan Murat Nurtleu Qazaxıstan Respublikası Milli Təhlükəsizlik Komitəsi sədrinin birinci müavini təyin edilib.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button