Dünya

Prezidentin qatili 45 il sonra edam edildi

Banqladeşin ilk prezidenti Mudjibur Rəhmanın qatillərindən biri Əbdül Madjed şənbədən bazar gününə keçən gecə asılıb.

Qaynarinfo xəbər verir ki, Mudjibur Rəhmanı öldürülməsi ilə nəticələnmiş hərbi çevrilişdə iştirak edən zabitlər 1998-ci ildə edam cəzasına məhkum olunub. Onlardan 5-i 2009-cu ildə edam edilib. Aprelin 8-də isə qatillərdən sonuncusu Məcidin həbs olunduğunu bildirilib.

Prezident Rəhman 1975-ci ilin 15 avqustunda Dəkkədəki iqamətgahında arvadı, üç oğlu, yaxın qohumları da daxil olmaqla, 20-yə yaxın şəxslə birlikdə öldürülüb. Ailənin həmin vaxt AFR-də olmuş iki qızı sağ qalıb. Onlardan biri Banqladeşin baş naziri Şeyx Hasinədir. bakupost

Bənzər yazılar

Back to top button