Dünya

Kovid-19-u Çinə amerikalı professor satıb? – ABŞ iddiaları yalanladı

Harvard Universitetinin Kimya və kimyəvi biologiya fakültəsinin dekanı professo Çarlz Lieberin koronavirusu Çinə satdığı üçün həbs olunduğu ilə bağlı iddialar yalan çıxıb.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb. Lieberin həbsinin koronavirusla əlaqəli olmadığı, yanvar 28-də akademik sahədə cinayət törətdiyi, Çindən büdcə təsis edilməsi ilə bağlı yanlış bəyanatlar verdiyi üçün həbs olunduğu açıqlanıb.

Qeyd edək ki, dünya üzrə 1 milyondan çox insanın yoluxduğu və 82 mindən çox insanın ölümünə səbəb olan Kovid-19 virusunu Çinə amerikalı professor Çarlz Lieberin satdığı iddia edilmişdi.

Bənzər yazılar

Back to top button