Sağlamlıq

Son sutkanın yoluxma statistikası

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 357 yeni yoluxma faktı qeydə alınıb, 298 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzToday.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 3 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 797638 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 785 735 nəfər müalicə olunaraq sağalıb, 9744 nəfər vəfat edib, aktiv xəstə sayı 2159 nəfərdir.

Ölkədə son sutka ərzində 3219, hazırkı dövrədək isə 7 036 499 test aparılıb.

Ötən sutkada koronavirus əleyhinə 2106 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 406, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 121, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1332, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 247 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 812 358, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 365 873, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 857 467, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı3 335 146, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 253 872 nəfər təşkil edir.

Bənzər yazılar

Back to top button