HadisəManşet

FHN-də “möcüzə”: Min manat maaş alan rəisin milyonluq villası var (Foto)

Azərbaycanda məmurların böyük əksəriyyətinin milyonluq malikanələrə, obyektlərə, bizneslərə sahib olması barədə yerli və xarici mediada çox yazılıb. Aylıq vəzifə maaşları 1000-1500 manat civarında olan məmurların mülkləri hansı vəsaitlə ərsəyə gətirdikləri isə yəqin ki, heç kimə sirr deyil.

Milyonlarla büdcə vəsaitlərinin dövriyyəsinə nəzarət edən məmurlar cəzasız qalacaqlarından o qədər arxayındırlar ki, büdcədən oğurladıqları pulların hesabına əldə etdikləri villaları, obyektləri ailə üzvlərinin, yaxın ətraflarının adlarına birbaşa rəsmiləşdirirlər.

Xalqxeber.az saytının əldə etdiyi məlumata görə cəzasızlıq mühitində “at oynadan”, dövlətin milyonları hesabına eyş-işrət içərisində yaşayan, özünə malikanə inşa etdirən məmurlardan biri də Fövqaladə Hallar Nazirliyinin Maddi Texniki Təchizat İdarəsinin rəisi Amal Teymurovdur.

Uzun illərdir FHN-nin Maddi Texniki Təchizat İdarəsinin rəisi vəzifəsində işləyən Amal Teymurovun yeni mülkünü Bilgəh qəsəbəsində tikdirdiyi deyilir.

Bu mülkün hazırda 1.5 milyon manata olduğu vurğulanır.

Vəzifə maaşı maksimum 1500 manat olan Maddi Texniki Təchizat İdarəsinin rəisi Amal Teymurovun Bilgəh qəsəbəsində bu mülkü hansı vəsaitlə inşa etdirdiyi barədə sualımıza Maddi Texniki Təchizat İdarəsindən mövqe öyrənə bilmədik.

Bənzər yazılar

Back to top button