Dünya

Ağ Evdən ABŞ-ın Qazaxıstan hadisələrindəki iştirakı ilə bağlı açıqlama

Ağ Evin sözçüsü Cen Psaki Qazaxıstandakı etirazların arxasında ABŞ-ın ola biləcəyi ilə bağlı iddiaları “dəlisov” adlandırıb.

O, ənənəvi brifinq zamanı bu iddiaların Rusiya tərəfindən ortaya atıldığını bildirib.

Vaşinqton, həmçinin Qazaxıstanda nümayişçilərin dinc etiraz etmək hüququna hörmət etməyə və hakimiyyəti təmkinli olmağa çağırıb.

Bənzər yazılar

Back to top button