İqtisadiyyat

Basketbol Federasiyasının Himayə Şurasının üzvü Türkiyədə şirkət açıb – FOTO

Azərbaycanda 2015-2016-cı illərdə baş verən devalvasiyalardan sonra ölkədən külli-miqdarda vəsait çıxarıldığı barədə mediada müxtəlif yazılar tirajlanıb.

Azərbaycandan əsasən məmurlar və biznesmenlər tərəfindən çıxarılan pullar Şərqi Avropa dövlətlərində və Türkiyə Cümhuriyyətində daşınmaz əmlaklara yatırılıb.

AzFakt.com-un əldə etdiyi məlumata görə qardaş Türkiyədə şirkət açan şəxslərdən biri də Azərbaycan Basketbol Federasiyasının Himayə Şurasının üzvü Ağaxəlil Əkbərovdur.

Nizamnamə kapitalı 50 min TL olan Rcıf Gayrimenkul Danışmanlık Ve İnşaat Ticaret Limited Şirketi 27 yanvar 2021-ci ildə qurulub.

Qeyd edək ki, Azərbaycan Basketbol Federasiyasının prezidenti Əmlak Komitəsinin keçmiş sədri Nadir Nəsibovdur.

Bənzər yazılar

Back to top button