Bizim seçimDünya

Müttəhim Robert Koçaryanla Serj Sarkisyan arasında qarşıdurma güclənir

R.Köçəryan eks-prezident S.Sarkisyanın xəyanətinə cavab olaraq onu 2008-ci ilin mart olaylarında dinc sakinlərin öldürülməsində əsas günahkar olduğunu işarə etməklə verib

Fevralın 25 və 26-da Ermənistanda son 20 ildə Robert Köçəryan və Serj Sarkisyanın məhkəmə prosesi qonşu zallarda keçirilib. Bu taleyin bir ironiyası idi ki, soydaşlarımıza qarşı Xocalı soyqrımı törədilməsində iştirak edən əsas baiskralar məhz bu qətliamın 28-ci ildönümündə hakim qarşısına çıxıblar. Amma onların məhkəmə işlərinin mövzusu fərqli olub: Köçəryan dinc ermənilərin öldürülməsinə, Sarkisyan isə dövlətin plunun məmisədiyinə görə. Bu məhkəmlər keçmiş silahdaşların qarşıdrumasında da mühüm rol oynayıb.

Belə ki, İrəvanın ümumi yurisdiksiyalı məhkəməsində müttəhim qismində iştirak edən eks-prezident S.Sarkisyan məhkəmə prosesinin başlanğıcında onun üçün xüsusi olaraq təşkil edilən səsgücləndirici ilə öz tərəfdarlarına müraciət etməsi zamanı işlətdiyi ifadələrin digər eks-prezident R.Köçəryana eyham kimi yozulur.

Erməni ekspertlərin şərhlərinə görə, S.Sarkisyan belə bir mexanizm vasitəsilə küçəyə toplaşanlara müraciətində müşahidə edilən mənzərənin özü, artıq bu epizoddan böyük bir pay çıxarmağa imkan verir. Belə ki, Serj Sarkisyanın tərəfdarlarını məhkəmə binasına toplaşmamağa, evə getməməyə, gündəlik işləri məşğul olmağa və Ermənistanın təhlükəsizliyini unutmamağa çağırması da maraq doğurur. “1in.am” saytında bu məsələ ilə bağlı materialla çıxış edən müəllif Aram Amatuni vurğulayr ki, sabiq dövlət başçısı S.Sarkisyanın məhkəmə qarşısındakı qısa təqdimatı olduqca maraqlı bir nüansı özündə ehtiva edir. Ona görə ki, S.Sarkisyan tərəfdarlarına evlərinə getməyi, gündəlik işlə məşğul olmağı və Ermənistanın təhlükəsizliyini unutmağı xahiş etməsi Robert Köçəryana bəlkə də incə bir işarədir: “Hazırda məhkəmədə müttəhim qismində iştirak edən eks-prezident R.Köçəryan eyni vəziyyətdə nəinki tərəfdarlarını “səxavətlə” evə göndərdi, əksinə küçədə onlar üçün daha rahat şərait yaratmağa çalışdı. S.Sarkisyan, əslində, Robert Koçaryana münasibətdə üstü olduğunu göstərmək üçün, yəni “düşüncə genişliyi” sərgiləməyi əldən vermədi”.
Yuxarıda qeyd edilənləri nəzərə alan analitiklər yazılar ki, N.Paşinyanın tez-tez dilə gətirdiyi ona əvvəlki hakimiyyətdən ötürülən irs məsələsinə diqqət yetirəndə, S.Sarkisyan geniş mənada R.Köçəryandan qalan ağır irsi illərlə daşımalı olub. Üstəlik, R.Köçəryan prezident vəzifəsindən getdikdən sonra da S.Sarkisyanı rahat buraxmayıb, vaxtaşırı hətta daxili hakimiyyətini şübhə altına almağa çalışıb.
Erməni ekspertlər yazırlar ki, Robertin hakimiyyətindən sonrakı on illik qarşıdurma hazırda yeni bir vəziyyətdə davam edir. Yeri gəlmişkən, R.Köçəryan 1 mart hadisələri ilə bağlı məhkəmə prosesində 2008-ci ilin martında ictimai asayişi qorumaq səlahiyyətləri prezidentdə yox, hökumətdə olduğunu söyləyib. Yəni xatırladıb ki, o zaman hökumət başçısı S.Sarkisyan idi. Bununla R.Köçəryan dinc sakinlərin öldürülməsində həmin vaxt hakimiyyətə tam yiyələnməkdə daha çox marağı olan S.Sarkisyan tərəfindən törədildiyinə işarə edib.

Həmin saytda bu məsələ ilə bağlı məqalə ilə çıxış edən Sarkis Artsruni yazır ki, Köçəryanın belə bir açıqlama verməsi həm 10 illik qarşıdurma, həm də son baş verənlərlə bağlı ola bilər. Belə ki, bu günlərdə indiyə qədər Ermənistanda baş nazir vəzifəsini icra edən Vazgen Manukyan, Xosrov Harutyunyan, Karen Karapetyan və digərləri Ermənistanın eks-prezidenti Robert Köçəryana qarşı həbs qətimkan tədbirinin əvəzlənməsi barədə şəxsi zaminlik üçün müraciət ediblər. Bu məlumat eks-prezidentin vəkillər qrupu tərəfindən yayılıb.

Əlbəttə belə cəhdlər indiyə qədər çox olub. Ancaq siyahıya baxdıqda, müraciəti, daha doğrusu vəsatəti imzalayanlar arasında R.Köçəryanın prezident olduğu dövrdə ilk baş nazir olan, hazırda Slavyan Universitetinin rektoru vəzifəsində işləyən sabiq baş nazir Armen Darbinyanın adı yoxdur. Bu da təbiidir, çünki o, son dövrlərdəki açıqlamaları ilə Köçəryandan daha çox Paşinyanı dəstəkləyir. Siyahıda Köçəryanın hakimiyyəti dövründə son baş nazir olan Serj Sarkisyanın adı da yer almır. Köçəryanın dəstəyə ehtiyacı olduğu halda Sarkisyanın ona dəstək verməməsini guya indiki dövrdə onun da müttəhimlər kürsüsündə oturması ilə izah etsələr də, hazırda azadlıqda mühakimə olunan Serjin adının siyahıda olmaması böyük suallar doğurur.

Amma məhz bu məqamı qeyd edən mütəxəssislər hər iki keçmiş prezidentin paralel məhkəmələrinin, hətta Sarkisyan və Koçaryan arasında rəqabətin daha artmasına səbəb olacağını iddia edirlər. Bununla birlikdə, S.Sarkisyanın eks-prezidentə dəstək üçün keçmiş baş nazirlərə qoşulmaması Köçəryana arxadan zərbə,
xəyanət kimi dəyərləndirillir.

Ümumiyyətlə, Serjlə Robertin rəqib olmasını şərləndirən hazırda mövcud hakimiyyətə qarşı narazı olan kütlənin gəlcəkdə hər iki sabiq üçün müdafiəçi və eyni zamanda elektorat rolu oynayacağı ehtimalından da qaynaqlana bilər. Sözegedən kütləni öz tərəflərinə çəkmək üçün onların bir-birini gözdən salmağa çalışması da təbii görünür.

Orxan Məmmədli

AzToday.az

Bənzər yazılar

Back to top button