İdman

Marselo: “Messi indiyədək qarşılaşdığım ən çətin rəqibdir”

“Real”ın sabiq futbolçusu Marselo PSJ-nin argentinalı hücumçusu Lionel Messini haqqında danışıb.

Qol.az “The Atletic”ə istinadən xəbər verir ki, o, “Barselona”nın keçmiş forvardını tərifləyib:

“Messi inanılmazdır. İndiyə qədər qarşılaşdığım ən çətin rəqibdir. Onun 35 yaşında da hansı səviyyədə olduğunu hamımız bilirik. Messi əvvəllər də belə idi”.

Qeyd edək ki, Marselo 2007-2022-ci illərdə “Real”ın formasını geyinib. Messi isə 2004-2021-ci illərdə “Barselona”da oynayıb.

Bənzər yazılar

Back to top button