İdman

“Barselona” Portuqaliya millisinin üzvünə göz dikib

“Barseıona”nın baş məqşçisi xavi “Mançester Yunayted”in yarımmüdafiəçisi Brunu Fernandeşi Kataloniya komandasında görmək istəyir.

Fanat.az “El Nacional”a istinadən xəbər verir ki, ispaniya nəhənginin idarəçiləri mövsümün sonunda Dortmund “Borussiya”sının ulduzu Erlinq Holandı heyətə qata bilməyəcəkləri halda, məhz Fernandeşin keçidini reallaşdırmağa çalışacaqlar.

Brunu MY-yə 2020-ci ilin yanvarında Lissabon “Sportinq”indən transfer olunub. Bu mövsüm İngiltərə Premyer Liqasında 18 matça çıxan Portuqaliya millisinin üzvü 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. O, Çempionlar Liqasında 5 görüşdə forma geyinərək 6 qol ötürməsi edib.

“Transfermarkt” portalı “qırmızı şeytanlar”la olan müqaviləsinin müddəti 2025-ci ildə başa çatacaq Fernandeşin transfer qiymətini 90 milyon avro ilə dəyərləndirir.

Bənzər yazılar

Back to top button