Cəmiyyət

Əsl jurnalist necə olmalıdır? – Ekspert açıqladı

Ələsgər Məmmədli

Jurnalist, media tərəfsiz olmalıdır. Adamların şəxsi həyatını, şəxsiyyətini hədəfə almamalıdır.

Jurnalist, media hər kəslə bərabər davranmalı, ayrı-seçkiliyə yol verməməli və ayrı-seçkiliyi təbliğ etməməlidir.

Jurnalist kinlə yaşamamalı, qərəzli olmamalıdır.

Jurnalist senzuraya çağırış etməməli, insanları hərəkətlərinə, əlamətlərinə görə birbaşa əlaqəli olmadığı məqamlarda fərqləndirməməlidir.

Jurnalist hüquqa sayğılı olmalı, təqsirsizlik prezumpsiyası hüququna hörmət etməli, məhkəmənin qərarı ilə suçlu elan edilməyənə suçlu müamiləsi etməməlidir.

Jurnalist suçuna görə cəzalandırılıb cəzasını çəkmiş şəxsi əbədi çıxdaş etməməli, əvvəlki məhkumluğuna görə diskriminasiyaya məruz qoymamalıdır.

Jurnalist “əxlaq polisi”, “milli-mənəvi dəyərlərin keşikçisi” rollarına girməməli, hər kəsə, hər olaya peşəkar yanaşmalı, məsləyini yerinə gətirməlidir.

Jurnalist bütün tərəflərin mövqeyini cəmiyyətə çatdırmalı, vasitəçi qalmalıdır.

Jurnalist insanları “yaxşı-pis” deyə qiymətləndirməməli, sinifləndirməməlidir. Qiyməti cəmiyyət verməlidir…

Bənzər yazılar

Back to top button