Dünya

Niderland Rusiyanın 500-600 milyon avroluq aktivlərini dondurdu

Rusiya Federasiyasına qarşı sanksiyaların tətbiqi üzrə koordinator Stef Blok bildirib ki, Niderland Rusiyanın 500-600 milyon avroluq aktivlərini dondurub.

Qaynarinfo xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Blok vurğulayıb ki, ölkənin hüquq-mühafizə orqanları Niderlandda aktivləri dondurula bilən başqa şirkətlərin və ya Rusiya vətəndaşlarının olub-olmamasını yoxlamaqda davam edir.

Bundan əvvəl Rusiyanın maliyyə naziri Anton Siluanov hesab edirdi ki, Qərb ölkələri anti-Rusiya sanksiyaları çərçivəsində Rusiyanın qızıl-valyuta ehtiyatlarının təxminən yarısını və ya 300 milyard dollarını dondurub.

Xatırladaq ki, Kayman adaları Rusiya ilə bağlı 7,3 milyard dollar, Fransa 850 milyon avro, Almaniya 95 milyon avro, İtaliya 900 milyon avro məbləğində aktivlərini dondurub.

Avropa İttifaqı Ukraynada hücumuna görə Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar çərçivəsində Rusiya və Belarus vətəndaşlarının və təşkilatlarının təxminən 30 milyard avro məbləğində aktivlərini dondurub.

Bənzər yazılar

Back to top button