Dünya

120 milyona sənət əsəri aldı – (FOTO)

Rusiyalı milyarder Roman Abramoviç Norveç rəssamı Edvard Munkun “Qışqırıq” əsərini alıb.

“Qafqazinfo” xəbər verir ki, sənət əsərinin qiyməti 120 milyon dollar təşkil edib.

“Soccernews” portalının məlumatına görə, alqı-satqı hələ mayın 2-də Nyu-Yorkda “Sotheby’s” hərracında baş tutub. İşin ilkin qiyməti 50 milyon dollar olub. Cəmi 15 dəqiqə ərzində yeddi namizəddən biri qalib gəlib. Əsəri telefon bağlantısı vasitəsilə gizli şəkildə alan şəxsin kimliyi (Roman Abramoviç –red.) daha sonra məlum olub.

Qeyd edək ki, “Qışqırıq” Edvard Munkun 1893 və 1910-cu illər aralığında yaratdığı şəkillər seriyasıdır. Şəkillərdə qırmızı səma fonunda qışqıran insan fiquru təsvir edilib. O, ekspressionizmin emblemi hesab edilir.

Bənzər yazılar

Back to top button