İdman

Mbappe satılsa, o da PSJ-dən göndəriləcək

PSJ bu yay Kilian Mbappeni satacağı halda, daha bir klub rəsmisi yola salınacaq.

Fanat.az xəbər verir ki, informasiyanı “PSG Community” yayıb.

Xəbərə görə, bu, Paris klubunun idman direktoru Luiş Kampuşdur. Mənbə Kampuşun futbol agenti Jorje Mendeşlə sıx əlaqədə olmasının Fransa nəhənginin idarəçilərini narahat etdiyini vurğulayıb. Paytaxt təmsilçisinin prezidenti Nasser Əl-Xelaifinin gələcək baş məşqçi Luis Enrikeyə inandığı və Kampuşun gedişindən sonra transferlərə böyük büdcə ayıracağı diqqətə çatdırılıb.

Daha öncə PSJ-nin Mbappeyə 3 həftə vaxt verdiyi və ulduz oyunçu 2024-cü ilin yayına qədər nəzərdə tutulan müqaviləsini yeniləməyəcəyi təqdirdə, onun bu yay satılacağı barədə məlumatlar dərc olunub.

Bənzər yazılar

Back to top button