Dünya

Bayden Rusiyanın hərbi cinayətlərinin dəlillərini BCM-ə təqdim etməyi tapşırıb

ABŞ prezident Co Bayden öz administrasiyasına Rusiyanın Ukraynada hərbi cinayətlərinin dəlillərini Beynəlxalq Cinayət Məhkəməsinə təqdim etməyi tapşırıb.

İki Amerika senatoru bu qərarı yüksək qiymətləndirib, xəbəri Turan-ın Vaşinqtondakı müxbiri verib.

Senatın Məhkəmə Komitəsinin sədri Dik Durbinin və komissiya üzvü Lindsi Qremin bəyanatında administrasiyaya bir neçə aydır göstərilən təzyiqdən sonra “administrasiyanın, nəhayət ki, hərbi cinayətlərin BCM tərəfindən araşdırılmasını dəstəklədiyinə şad olduqları” deyilir.

Mayda Bayden Rusiya prezidenti Vladimir Putinin “açıq-aşkar hərbi cinayətlər törətdiyini” və mayın 17-də BCM-in Putinə hərbi cinayətlər üçün order verdiyini deyib.

ABŞ BCM-in üzvü deyil və Pentaqon xaricdə yerləşən Amerika qoşunlarının məhkəmə təqibinə gətirib çıxaracağından ehtiyatlanaraq, hərbi cinayətləri sübut edən faktları bloklayıb.

Bənzər yazılar

Back to top button