İdman

Qvardiola “Barselona”ya qayıdır? – Deku açıqladı

“Barselona”nın idman direktoru Deku komandanın “sükanı”nın Xosep Qvardiolaya tapşırılacağı ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Fanat.az xəbər verir ki, tanınmış insayder Fabritsio Romano onun dediklərini belə çatdırıb:

“Hazırda heç bir mütəxəssislə danışıq aparmırıq. Qvardiola? Onun başqa klubla müqaviləsi var. Pepin qayıdışı barədə danışmaq “Mançester Siti”yə qarşı hörmətsizlik olar”.

Xatırladaq ki, Qvardiola 2009-2012-ci illər aralığında Kataloniya təmsilçisinin baş məşqçisi olub. “Blauqrana” sözügedən mütəxəssisin rəhbərliyi altında 2 dəfə Çempionlar Liqasının qalibi adını qazanıb.

Bənzər yazılar

Back to top button