Cəmiyyət

Polad Həşimov düşməni yenə də vuracaq – Yeni PUA istehsal edilir

Tovuz rayonu istiqamətində erməni təxribatı nəticəsində qəhrəmancasına şəhid olan general-mayor Polad Həşimovun adı düşmənə qorxu salmağa davam edəcək.

Ted.az-ın xəbərinə görə, Polad Həşimovun adını daşıyan pilotsuz uçuş aparatının (PUA) ilkin görüntüləri yayılıb.

Bu barədə “Facebook”un Azərbaycan seqmentində paylaşımlar edilib.

Paylaşımda qeyd edilib ki, aparatda hələlik bəzi texniki səhvlər var. Bu da pandemiya ilə bağlı komanda üzvlərinin fərqli yerlərdə çalışması ilə bağlıdır: “Ancaq mütəxəssislərin də rəyi ilə dəyişikliklər edilərək mükəmməl nəticə ortaya qoyulacaq”.

O da bildirilib ki, gələn həftə maketin yonulmasına başlanacaq.

Startapa rəhbərlik edən gənclər yardım da istəyiblər: “Prototipin hazırlanmasına həm maddi, həm texniki (çoxkanallı idarəetmə pultu, mühərriklər, pərlər və s.) olaraq dəstək ola bilərsiniz”.

Bənzər yazılar

Back to top button