DünyaManşet

Qazaxıstanda əsas “terrorçu”, Qırğızıstandan olan cazmen tutulub

Yanvarın 9-na Qazaxıstanda 5 mindən çox “quldur” və “terrorçu” həbs edilib, Qazaxıstan Daxili İşlər Nazirliyi yanvarın 9-da bildirib.

Belə bir mühüm “uğurdan” ruhlanan ölkə hakimiyyəti təhrikçilərdən birini – Qırğızıstan vətəndaşını ictimaiyyətə təqdim edib. Yerli televiziyanın reportajında ​​döyülən şəxs deyir ki, gəlib mitinqdə iştirak etmək üçün ona 200 dollar pul verilib. Lakin çox keçmədən məlum oldu ki, “terrorçu” əslində Yeni il bayramlarında Qazaxıstana konsert verməyə gəlmiş caz musiqiçisi Vikram Ruzaxunovdur.

Qırğızıstanın Xarici İşlər Nazirliyi vətəndaşının azad edilməsi tələbi ilə etiraz notası göndərib.

Eyni zamanda, Qazaxıstan hakimiyyəti yanvarın 4-dən bəri ölkədə baş verən iğtişaşlar zamanı 164 nəfərin öldüyünü bildirib.

Müstəqil və müxalifət telekanalları əsgərlərin dinc nümayişçilərə atəş açması ilə bağlı videogörüntülər yayımlayıb. Şərhlərə görə, məhz bundan sonra izdiham dövlət qurumlarını darmadağın etməyə və polisə hücum etməyə gedib.

Mütəşəkkil dəstələr və terrorçular yoxdur. Hakimiyyət tərəfindən quldur kimi təgdim edilənlərin əksəriyyəti qonşu ölkələrdən – Özbəkistan, Qırğızıstan və Tacikistandan muzdlu işçilərdir.

Bənzər yazılar

Back to top button