Dünya

“Putin Sovet İttifaqını bərpa etmək istəyir” – ABŞ dövlət katibi

ABŞ dövlət katibi Entoni Blinken Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Sovet İttifaqını bərpa etmək istədiyini deyib.

Yeniavaz.com xəbər verir ki, o bu barədə CNN-ə müsahibə verərəkən danışıb. Blinken müxbirin “Putini hərəkətə gətirən şey köhnə Sovet İttifaqını bərpa etmək istəyidir, razısınız?” sualına belə cavab verib:

“Məncə, bu, doğrudur. Düşünürəm ki, bu, prezident Putinin məqsədlərindən biridir və o, əvvəllər Sovet İttifaqının tərkibində olan ölkələr üzərində yenidən təsir dairəsini yaratmaqdadır. Və bu, qəbuledilməzdir. Biz təsir dairələri dünyasına qayıda bilmərik. Bu, qeyri-sabitlik resepti, qarşıdurma resepti, dünya müharibələrinə səbəb olan resept idi. Biz buna qayıtmayacağıq”.

Bənzər yazılar

Back to top button