Digər

Sosial göstəricilərdə Ermənistan Azərbaycanı üstələyir – Beynəlxalq Əmək Təşkilatı rəqəmləri açıqladı

Beynəlxalq Əmək Təşkilatı bir müddət əvvəl özünün yeni Qlobal Sosial Müdafiə Hesabatını açıqlayıb. Sənəddə 10 müxtəlif indikator əsasında sosial müdafiənin effektiv təşkili üzrə ölkələrarası müqayisə təqdim edilib.
Azərbaycanla bağlı əsas məlumatların qısa xülasəsi.

Azərbaycanda qeyri-sığorta əsaslı pensiya (pensiya hüququ qazana bilməyən şəxlərə təyin edilən qocalığa görə müaavinət) məbləğinin mütləq yoxsulluq həddi hesab olunan məbləğə nisbəti 46,6% təşkil edir. Bizim bölgədən Gürcüstanda həmin göstərici 109%, Ermənistanda 39%, Türkiyədə 21,7% təşkil edir.

Təşkilat Azərbaycan və Ermənistanın adını xüsusi olaraq vurğulayaraq qeyd edir ki, pensiya yaşına çatmış yaşlı əhalinin pensiya sistemi ilə əhatə səviyyəsi son 20 ildə kəskin şəkildə aşağı düşüb və bu cidd problemdir.
Bunun səbəbi aydındır: hökumət sığorta əsaslı pensiya sistemilə bağlı tələbləri son 15 ildə sərtləşdirib, amma buna paralel olaraq rəsmi məşğulluğun əhatə dairəsinin genişləndirilməsi istiqamətində ciddi irəliləyişlər əldə edə biməyib. Nəticədə isə uyğun yaşa çatan yaşlı insanlar pensiya hüququndan məhrum olurlar, əvəzində hökumət onlara daha aşağı məbləğlərlə ifadə olunan qocalıq müavinəti təklif edir. Hesabata görə, hazırda əmək qabiliyyətli yaşda (15+) təxminən 40%-dən daha az hissəsi öz gələcək pensiyalarını təmin etmək üçün təklif edirlər. Region ölkələrindən Türkiyədə həmin göstərici 60%-in üzərində, Ermənistanda 50%-ə yaxındır.

Məsələn, Azərbaycanda uşaqların cəmi 16,9%-i ən azı bir sosial müdafiə (səhiyyə xaric) tədbirilə əhatə olunub. Həmin göstərici Qazaxısatnda 57,4%, Gürcüstanda 48,1%, Ermənistanda 30,2%, o cümlədən dünya üzrə orta hesabla 26,4%, aşağı gəlirli ölkələrdə 8,5%, orta gəlirli ölkələrdə 20%-dən bir qədər yüksək, yüksək gəlirli ölkələrdə isə 87% təşkili edir.

Başqa bir göstərici – yeni övlad dünyaya gətirmiş qadınların Azərbaycanda cəmi 16%-i hökumətin sosial müdafiə proqramı ilə əhatə olub. Həmin göstərici Qazaxısatnda 44,2%, Ermənistanda 61,6%, Gürcüstanda 26%, o cümlədən dünya üzrə orta hesabla 45%, aşağı gəlirli ölkələrdə 10,5%, orta gəlirli ölkələrdə 40% ətrafında -dən bir qədər yüksək, yüksək gəlirli ölkələrdə isə 86% təşkili edir.

Daha bir göstərici – Azərbaycanda aztəminatlı əhalinin 13,4%-i sosial yardım proqramı ilə əhatə olunur. Həmin göstərici Qazaxısatnda 74,2%, Gürcüstanda 93%, o cümlədən dünya üzrə orta hesabla 29%, aşağı gəlirli ölkələrdə 7,8%, orta gəlirli ölkələrdə 35%-ə yaxın, yüksək gəlirli ölkələrdə isə 63% təşkili edir.

Rövşən Ağayev, iqtisadçı

Bənzər yazılar

Back to top button