Dünya

“Google”un okeanlarda tapdığı nəhəng şəhərlər, hava limanları… (FOTO)

Google Earth uzun müddət virtual arxeoloqların və digər qədim axtarışçıların diqqətini cəlb edib. Bunların arasında peyk xəritələrini incələyərək Sakit Okeanın dibində texnoloji quruluşa bənzər nəhəng quruluşlar tapan dalğıc Mak McIver da var.

Qaynarinfo xəbər verir ki, 2018-ci ilin yayında dalğıc bir qrup turistlə Kokos adasına səfər edərək okeanın bu əsrarəngiz sahəsi ilə tanış olub. Bu səfəri təşkil edən şirkət arzu edən hər kəsə batiskafda 304 metr dərinliyə enməyi təklif edib. Qəhrəmanımız məmnuniyyətlə razılaşıb. Elə o vaxtdan da o, belə yerlərlə maraqlanmağa başlayıb.

Google Earth xidmətindən istifadə edərək tədqiqatçı okeanın bu sirli hissəsini daha ətraflı araşdırmağa başlayıb.

Dalğıcın sözlərinə görə, Kosta Rikanın qərb sahillərində nəhəng sualtı quruluş var. Google Earth xidmətindən istifadə edərək, həmin sualtı quruluşu siz də bu koordinatlarda görə bilərsiniz: 6 ° 04 ’56 “N, 86 ° 03 ’16 “O.”

1800 metr dərinlikdə yerləşən bu “tikinti”nin ölçüləri təqribən 128 kilometrdir. Üzərində eni 8 kilometrə qədər olan “yollar” görünür və çox güman ki, dənizin dibində əhəmiyyətli yüksəkliyə malikdir.

Müqayisə üçün, tədqiqatçı aşkar edilmiş sualtı tikiliyə heyrətamiz bənzərlikdən bəhs edərək, müasir bir hava limanının fotoşəklini nümunə göstərib.
Bundan əlavə, Mac McIver Karib dənizində yerləşən başqa bir qəribə obyektə xüsusi diqqət yetirməyi xahiş edib: 11 ° 14 ’30 “N, 82 ° 38 ’53 ” O. Bu obyektin də öyrənilməsi vacibdir.

Tapıntının bir çox sual doğurmasına baxmayaraq, onun mənşəyi ilə bağlı qəti cavab yoxdur. Bu, həqiqətən bir texnoloji quruluşdursa, bunu öyrənməklə bəşəriyyətin rəsmi tarixində çox şey dəyişə bilər.

Bənzər yazılar

Back to top button