Hadisə

İşxan Sarqsyan və Vladimir Rafaelyanın işi üzrə məhkəmədə

Yanvarın 10-da Sabunçu məhkəməsində iki nəfər Ermənistan vətəndaşının işi üzrə proses davam edib. Onlar terrorizmdə ittiham olunurlar.

İttihama görə, həmin hərbçidirlər və kəşfiyyat qrupunun üzvləridir.

27 may 2021-ci ildə Azərbaycanın Kəlbəcər rayonunda dövlət sərhədini keçərək yuxarı Ayrım kəndi yaxınlığında yolu minalayarkən saxlanılıblar. Hər ikisi terrorizm və sərhədi qanunsuz keçməkdə ittiham olunur.

Bazar ertəsi məhkəmə iclasında şahidlər ifadə veriblər. Növbəti iclas yanvarın 24-nə təyin edilib.(Turan)

Bənzər yazılar

Back to top button