İqtisadiyyat

Bakıdan uçan təyyyarə Naxçıvana eniş edə bilmədi

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) J2-251 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı əlverişsiz hava şəraitinə (güclü duman) görə Heydər Əliyev Beynəlxalq Aeroportuna geri qayıtmağa qərar verib.

AzToday.az bu barədə AZAL-a istinadən xəbər verir.

Məlumata görə, təyyarə saat 08:50-də hava limanına enib. Hava şəraiti yaxşılaşdıqdan sonra sərnişinlər Naxçıvana yola düşəcəklər.

Bənzər yazılar

Back to top button