Hadisə

“World Telecom”da deffekt telefon alveri… – GİLEY

“12 dekabrda “World telecom” mağazasından 800 manata telefon və 80 manatlıq da kompleks zəmanət aldım”.

AzToday.az bildirir ki, bu barədə “Müştəriyəm Şikayətim Var” sosial qrupundakı paylaşımında Nərmin adlı istifadəçi giley edir.

Daha sonra narazı vətəndaş yazır: “İlk həftə barmaq sensoru zəif işləyirdi arada zəng elədim dedilər ancaq 30 faiz məbləğini çıxıb elə geri qaytarmaq olar ,bir də telefona baxış .Orda mənim də səhvim oldu… üstünə düşmədim. “Face parol” qoyub işlətdim, ta ki 15-ci gündən “whatsap”da səsə qulaq asanda ekran bağlanmalar və hər gün başqa-başqa problemler çıxdı… Mağazaya yaxınlaşdım format edib verdilər… Yenə başqa cür problem oldu… Zəng elədim, “gətirin servisə verək” dedilər.

Boyuk ehtimal servisdə açacaqlar təzə telefonu, nəsə eləyib geri verəcəklər ki mən də onu istəmirəm. Fakt bu ki telefon zay telefondu.
Sizcə necə edim, hara zəng edim? Bu telefonun açılıb geri qayıtmağıni istəmirəm”.

İddia olunanlarla bağlı olaraq qarşı tərəfi də dinləməyə hazırıq…

Dia.az

Bənzər yazılar

Back to top button